XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi

XIV əsrin izlərini daşıyan ziyarətgah yeniləndi
Video
Mədəniyyət 18

Şamaxının Avaxıl kəndində yerləşən tarixi Pir Ömər Sultan ziyarətgahında aparılan genişmiqyaslı bərpa və konservasiya işləri yekunlaşıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində abidənin ərazisi abadlaşdırılıb, qoruyucu divar çəkilib və ziyarətgahın ətrafında gəzinti zolaqları yaradılıb.

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə Baku TV-yə bildirib ki, xəlvətgahın bərpa edilməsində əsas məqsəd insanların mənəvi saflaşmasına və kamilləşməsinə töhfə verməkdir.

"Xəlvətilik təriqətinin əsas məğzi odur ki, xəlvətilər deyirdilər: "Biz xəlvətgaha ona görə çəkilmirik ki, dünyanın şərindən qurtaraq. Biz xəlvətgaha ona görə çəkilirik ki, dünya bizim şərimizdən qurtarsın. Yəni o xəlvətdə biz təmizlənirik, ülviləşirik, kamilləşirik, ondan sonra çıxıb cəmiyyət içərisində insanlara öz təlimlərimizi yayırıq", - deyə o qeyd edib.

Arxeoloji tədqiqatlar zamanı burada XIV əsrə aid türbə qalıqları və abidənin xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya məxsus olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.

Xatırladaq ki, 2020-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ziyarətgahda olub, aparılacaq bərpa işləri ilə bağlı müvafiq tapşırıqlar vermişdilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər