Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur?

Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur?
Video
Siyasət 22

Ermənistanın baş naziri Nikol Paşinyan Hessen Sülh Mükafatına layiq görülüb. Nazir mükafatı alarkən Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda sülhün qurulmasına verdiyi töhfəni xüsusi qeyd edib.

Paşinyan mükafatlandırma mərasimindəki çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə sülhün bərqərar olmasına verdiyi töhfəyə görə təşəkkür edib.

Baş nazir sülh mükafatı alır, Ermənistanda isə Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları hələ də davam edir. Sülh mükafatı alan bir ölkənin digər dövlətə qarşı ərazi iddialarını davam etdirməsi nə dərəcədə uyğundur?

Siyasi şərhçi Turab Rzayev Baku TV-yə bildirib ki, Paşinyanın sülh mükafatı alarkən Azərbaycanın rolunu xüsusi vurğulaması müsbət haldır:

"Lakin bir faktı unutmaq olmaz ki, Paşinyan bu sülhə Azərbaycan Ordusu tərəfindən məcbur edildi. Paşinyan və komandası sülhə sadiq görünməyə çalışsa da, erməni cəmiyyəti sülhə hazır deyil. İllərdir azərbaycanlılara və türklərə qarşı aşılanan nifrət səngimək bilmir. Əhali müharibədən çəkindiyi üçün Paşinyanı dəstəkləsə də, onun sülh təşəbbüsləri ciddi müqavimətlə üzləşir. Hər gün Azərbaycana və Türkiyəyə qarşı yeni ittihamların şahidi oluruq. Hakimiyyətin addımları Ermənistandakı ümumi ictimai rəyi dəyişməyə kifayət etmir".

Son xəbərlər