Xəstələrə şad xəbər: "Həyat Fondu" sizi xilas edəcək (FOTO)

Xəstələrə şad xəbər: Həyat Fondu sizi xilas edəcək (FOTO)
Sosial 31611
 

Tanınmış teleaparıcı Hacı Nuranın yeni "Həyat Fondu” insanlara kömək etməyə davam edir.

BAKU.WS-in məlumatına görə, fondun əsas məqsədi Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir yön verməkdir. 

Teleaparıcının yeni fondu Azərbaycanın xalq artisti  Könül Xasıyevaya, Ramiz Əzizbəyli kimi məşhurlara yardım edir. Bundan əlavə, Hacı Nuran yeni fondu ilə digər müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə də kömək edir. 

Qeyd edək ki, ötən ay "Həyat Fondu”nun təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev,  idmançılar, incəsənət nümayəndələri və digər şəxslər iştirak ediblər. 

Həyat Fondu yardımsevər insanların ianələri vasitəsilə maliyyələşdiriləcək və fonda ianə vermək bir neçə vasitə ilə mümkün olacaq. Bütün mobil operatorlardan 999 qısa nömrəsinə zəng və SMS vasitəsilə, poçt, bank və ödəniş aparatları ilə, eləcə də fondun rəsmi internet səhifəsinə daxil olmaqla nəzərdə tutulan müvafiq bölmədən fondun və ya birbaşa ehtiyac sahiblərinin hesabına ödəmələr etməklə yardım etmək mümkün olacaq. Ehtiyacı olan insanlar Həyat Fondunun internet səhifəsinə daxil olaraq (www.heyatfondu.az) müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər. Eyni zamanda, ənənəvi məktub formasında müraciət etmək mümkün olacaq.

İman

BAKU. WS

Son xəbərlər