Xocavənddə neandertal insana aid daha bir qalıq tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Tarix sahəsində 2025-ci ilin ən mühüm elmi nəticəsi Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfədoktoru, dosent Azad Zeynalovun Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı arxeoloji qazıntı zamanı neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığının tapılmasıdır".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli Ümumi Yığıncaqdakı çıxışında deyib.
O bildirib ki, həmin arxeoloji fakt Yaponiyada karbohidrogen analiz mərhələsindədir:
"Tədqiqatçıların reallığına çox inandıqları bu fakt təsdiqlənərsə, 1968-ci ildə professor Məmmədəli Hüseynovun Azıx mağarasında aşkar etdiyi ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcək".
Oxşar xəbərlər
Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb
Uzun illər ərzində ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullaye...