Xırdalanda parklanma ərazisini kim zəncirləyib?

Xırdalanda parklanma ərazisini kim zəncirləyib?
Video
Sosial 66

Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllədəki sakinlər yaşadıqları binanın ərazisində yaranmış vəziyyətdən narazıdırlar.

Onların sözlərinə görə, bina sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yol parklanma yeri kimi zəncirlənib və bu, hərəkəti ciddi şəkildə məhdudlaşdırır.

"Özlərinə parklanma sahəsi yaradıblar. Ailə, uşaq ayağını qaldırıb zəncirlərin üstündən keçməli olur. Bəzən uşaqların ayağı ilişib yıxılırlar", - deyə sakinlərdən biri söyləyib.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, sözügedən ünvanda salınan parklanma sahəsinə dair heç bir dövlət qurumu tərəfindən hər hansı icazə sənədi verilməyib. Əraziyə RİH əməkdaşları baxış keçirib, parklanma sahəsinə dair icazəverici sənədlər əldə olunmadan işlərin aparılmasının mümkünsüzlüyü barədə MTK sahibinə xəbərdarlıq ediblər:

"Əlavə olaraq bildiririk ki, aparılan qeyri-qanuni işlər barəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilib".

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Qazdan istifadə edənlərin nəzərinə - Sabahdan...

Qazdan istifadə edənlərin nəzərinə - Sabahdan...

Bakıda bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq. BAKU.WS xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb. Bildirilir ki, görüləcək təmir...

233 Sosial 22:12 28 avqust 2025

Son xəbərlər