“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər Televiziyası may ayından “Təsir dairəsi” verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.
Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib.
“Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayının ortalarından “Təsir dairəsi” verilişinin efir vaxtının yarım saat azaldılmasını planlaşdırırıq. Növbəti televiziya ilindən isə, güman ki, sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlməyi planlaşdırırıq”, - deyə açıqlamada qeyd olunub.Qeyd edək ki, verilişin aparıcısı Lalə Azərtaşdır.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...