"Xərçəng genetika ilə bağlı DEYİL" - XƏBƏRDARLIQ
Azərbaycanda xərçəngin erkən diaqnostikası üçün dövlət proqramları və ya ödənişsiz müayinələr mövcud deyil.
Bu barədə BAKU.WS-ə danışan onkoloq İbrahim Əsədli bildirib ki, ölkədə xərçənglə bağlı demək olar ki, heç bir tibbi xidmət icbari sığortaya daxil edilməyib.
Onun sözlərinə görə, xəstəliyin yaranmasında əsas rolu genetik amillər deyil, insanların gündəlik həyat tərzi oynayır:
"Qida, stress və həyat tərzimiz birbaşa xərçəngin yaranmasına təsir edir. Ən təhlükəli faktor isə az hərəkətli olmaqdır. Bu, xüsusilə şəhər mühitində yaşayan insanlara aiddir".
İ.Əsədli qeyd edib ki, xərçəngin genetika ilə birbaşa əlaqəsi yoxdur:
"Bizim genlərimiz xarici deyil, daxili vəziyyətə görə işə düşür. Yəni xərçəng genetik mirasdan çox, yaşadığımız mühit və vərdişlərlə əlaqəlidir".
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Vətəndaşın evi qanunsuz sökülüb?
Paytaxt sakini Bəhruz Alışov Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Görədil bağ massivində yerləşən evinin heç bir xəbərdarlıq edilmədən dağıdıldığını bildirir. Ba...