XƏBƏRDARLIQ - Bu tarixdən hava kəskin pisləşir - VİDEO

XƏBƏRDARLIQ - Bu tarixdən hava kəskin pisləşir - VİDEO
Video
Sosial 10

Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından 8-i səhərədək şimal-qərb küləyinin qısamüddətə 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 7-si dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u səhərədək qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Martın 7-si gündüzdən 8-i gündüzədək qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu tarixdə Bakıya qar yağacaq - XƏBƏRDARLIQ - FOTO

Bu tarixdə Bakıya qar yağacaq - XƏBƏRDARLIQ - FOTO

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 15-dək bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Na...

127 Sosial 16:43 08 yanvar 2024

Son xəbərlər