Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
30
dek
2017
15:58
Qarşıdan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları gəlir. Bir çox dövlət və özəl müəssisələri üçün qeyri-iş günləridi.BAKU.WS xəbər verir ki, Baş Pasport İdarəsi və regional şöbələri qarşıdan gələn bayram və istirahət günlərində xidmətinizdə olacaq. Xarici pasport almaq və ya dəyişdirmək üçün 31 dekabr — 1-4 yanvar tarixlərində də müraciət edə bilərsiniz. Qeydiyyatda olduğu yerdən asılı olmayaraq hər bir vətəndaşızın müraciəti qəbul olunur.Qeyd edək ki, iş saatları dəyişməzdi. Həftə içi və şənbə günləri 09:00-18:00, bazar günü isə 11:00-17:00-a qədər idarə xidmətinizdə olacaq.BAKU.WS
Oxşar xəbərlər
"ASAN xidmət"də 4 gün qeyri-iş günü olacaq
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 4 gün qeyri-iş günü olacaq.ASAN-dan BAKU.WS-ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və...