"WhatsApp"da yeni dövr başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
"WhatsApp" messencerində yeniliklərin ardı-arası kəsilmir.
BAKU.WS "Akşam"a istinadən xəbər verir ki, "WhatsApp" qrup üzvləri üçün telefon nömrələrini digər üzvlərdən gizlətməyə imkan verəcək yeni məxfilik funksiyasını sınaqdan keçirir.
Yeni funksiya "WhatsApp" icmalarında məxfilik problemlərini həll etmək məqsədi daşıyır.
"Telefon nömrəsinin məxfiliyi" sayəsində iştirakçı sayı çox olan qruplarda anonim qalmaq mümkün olacaq.
Lakin qrup adminləri sözügedən anonim nömrəyə baxa biləcəklər.
Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir.
Funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...