ÜST-dən koronavirusun yeni ştamı ilə bağlı AÇIQLAMA

Hələlik koronavirusun yeni ştammının ağır fəsadlara və ya ölümə səbəb ola biləcəyinə dair sübutlar yoxdur.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə keçirdiyi videobrifinqin gedişatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
"Böyük Britaniya bəyan edib ki, bu yeni növ daha asan ötürülür, amma hələlik onun ağır xəstəliyə və ya ölümcül nəticəyə səbəb ola biləcəyinə dair sübut yoxdur", - ÜST rəhbəri deyib.
Qebreyesus vurğulayıb ki, SARS-CoV-2-nin bütün viruslarının ötürülməsini mümkün qədər tez yatırtmaq lazımdır. “Biz onlara nə qədər yayılmaq imkanı veririksə, onların o qədər dəyişmək imkanları olur", - o xəbərdarlıq edib.
Təşkilatın eksperti Mariya van Kerkxove də öz növbəsində bildirib ki, ÜST Böyük Britaniyada aşkar edilmiş koronavirusun yeni ştammının COVID-19 vaksinin effektivliyinə təsir etmədiyini hesab edir.
Oxşar xəbərlər
ÜST: Koronavirus mutasiya nəticəsində aqressivləşməyib
Yeni növ koronavirus (COVİD-19) mutasiya nəticəsində aqressivləşməyib. Bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariya va...
