Alimlər koronavirusun “zəif nöqtə”sini tapdılar - ARAŞDIRMA

Alimlər koronavirusun “zəif nöqtə”sini tapdılar - ARAŞDIRMA
Siyasət 1645

Alimlər COVID-19-a səbəb olan SARS-CoV-2-nin fundamental xüsusiyyətini aşkarlayıblar.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Sauthempton Universitetinin mütəxəssisləri açıqlayıblar.

Məlumata görə, alimlər dünyada ilk dəfə SARS-CoV-2-nin yayılma modelini yaradıblar. Bunun sayəsində koronavirusun insan hüceyrələrinə yapışmaq vasitəsi olan böyük miqdarda tikanlara sahib olduğu məlum olub.

Bu tikanlar karbohidrogen molekul olaraq qlikanla örtülüb. Qlikan virusu pərdələyərək immunitetdən gizlənməsinə şərait yaradır.

Ancaq qlikanın quruluşunu araşdıran alimlər koronavirusun antikorlardan elə də yaxşı qorunmadığını müəyyənləşdiriblər.

“Viruslar karbohidratlar sayəsində saman altından su yeridirlər, ancaq biz öyrəndik ki, digər viruslardan fərqli olaraq koronavirusda bu, elə də yaxşı alınmır”, - araşdırmanın rəhbəri professor Maks Krispin söyləyib.

Araşdırmaçılar SARS-CoV-2-nin örtüyündə dəliklər aşkarlayıblar. Bu, koronavirusu digər viruslarla, məsələn, dəlilməz örtüyə sahib İİV ilə müqayisədə daha həssas edir.

Tədqiqatçıların fikrincə, SARS-CoV-2-dəki açıq sahələrin aşkarlanması onu immunitet üçün görünən edəcək, həmçinin laborator antikorların koronavirusdakı həmin boşluqlara fokuslanmasına yardımçı olacaq.

Son xəbərlər