Ünvanlı sosial yardım alanların sayı artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı sosial yardım proqramının icra mexanizminin sadələşdirilməsi və yardım təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin bu proqramdan faydalanmaq imkanlarının artırılması təmin olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nəticədə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı aprel ayında 14 faiz və ya 9500 ailə artaraq 79500-ə, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 333 minə çatıb.
Bildirilib ki, hər ailəyə düşən yardımın orta aylıq məbləği 222 manatı ötüb.
“Sosial dəstək tədbirlərindən biri kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb”, - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Nazirlik müddəti artırdı - hər ailəyə aylıq 216 manat
Xüsusi karantin rejimi müddətində ünvanlı yardımın təyin olunma müddəti bitən ailələrə həmin yardımın verilməsi davam edəcək. Bu barədə BAKU.WS-ə Əmək və Əhalin...