Aylıq telefon xərciniz bu limiti keçərsə, yardımınız kəsiləcək

Aylıq telefon xərciniz bu limiti keçərsə, yardımınız kəsiləcək
Sosial 3720

 

Sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan, yəni 116 manatdan aşağı оlan ailə başa düşülür.

BDU-nun professoru, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri, hüquq elmləri doktoru Mayis Əliyev Sputnik Azərbaycan-a müsahibəsində sosial yardım üçün müraciətin edilməsi, sosial yardımın verilməsi və bu sahədə yaşanan problemlərlə bağlı danışıb.

— Mayis müəllim, son zamanlar tez-tez sosial yardımın ayrılması ilə bağlı yaranan problemlərlə qarşılaşırıq. Sosial yardım nədir, hansı şərtlərlə verilir?

— Sosial yardımın alınması iki normativ hüquqi aktla — "Ünvanlı dövlət sosial yardımı haqqında" 21 oktyabr 2005-ci il tariхli Azərbaycan Rеspublikasının Qanunu və "Sоsial yardımın alınması üçün müraciət еdilməsi, оnun təyin оlunması, vеrilməsi və vеrilməsindən imtina еdilməsi qaydaları haqqında" Azərbaycan Rеspublikası Nazirlər Kabinеtinin 5 fеvral 2016-cı il tariхli 37 №-li qərarı ilə tənzimlənir. Еhtiyac mеyarı əhalinin əsas sоsial demоqrafik qrupları üzrə yaşayış minimumundan asılı оlaraq, ünvanlı dövlət sоsial yardımının təyin еdilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq оlunan həddir. Bu il üçün bu məbləğ 117 manatdır. Ailənin оrta aylıq gəliri ailənin gəlirinin оrta aylıq göstəricisidir. Ailənin gəlirlərinə ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 ay müddətində gəliri aiddir. Bura bütün növ gəlirlər, ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlər, ölkə ərazisinin hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği daxildir.

Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən istifadə edilir. Bura cari transferlər, bütün növ pensiyalar, sosial müavinətlər, təqaüdlər, maddi yardımlar, qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, borc —kredit, həmçinin natural formada alınan sosial transfertlər və digər gəlirlər də daxildir. Ailə üzvünün digər şəxslərdən və ölkə xaricindən aldığı vəsaitlər onların digər gəlirləri hesab olunur. — Sosial yardım necə hesablanır?

— Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya I və II qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür:

YM (30%+11.7%+6.1%)+R+RM Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği, yəni 155 manat; R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər, təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri), ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (uşaq doğularkən ödənilən birdəfəlik müavinət, dəfn üçün müavinət, radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün verilən müavinət), ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği çıxılır.

Ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım almaq hüququna malikdirlər. Sosial yardım təyin edilərkən, ailənin tərkibində tam dövlət təminatında olan şəxslər uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər, müddətli həqiqi hərbi xidmətdə olan şəxslər, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər, axtarışda olan şəxslər, Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla) nəzərə alınmır. — Sosial yardım almaq istəyən ailə hara müraciət etməlidir?

— Sosial yardım almaq istəyən ailə həmin şəxs yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən ailə tərkibi haqqında arayış almalıdır. Həmin şəxs ailə tərkibi haqqında arayışla notariat orqanına müraciət edir və notariat orqanı sosial yardım almaq üçün ərizəni təsdiq edir. Ailəni təmsil edən şəxs, yəni təmsilçi, müraciəti elektron formada edir. Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd, təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir) (1 nömrəli əlavə), ərizə-bəyannamə sənədlər təqdim edilməlidir.

— Mayis müəllim, hansı hallarda sosial yardım verilmir?

— "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda, sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda, sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla), ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır), ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda, ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardım verilməsindən imtina edilə bilər. — Sosial yardım hansı müddətə verilir? — Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 (iki) il müddətinə təyin olunur və ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə banklar vasitəsilə ödəniş kartı ilə ödənilir.

— Sosial yardım nə zaman dayandırıla bilər?

— Sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə sosial yardım dayandırılır. Bura təmsilçi vəfat etdikdə, ailənin tərkibində və gəlirində sosial yardım məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə və ya sosial yardım ailə tərəfindən ardıcıl gələn 3 ay müddətində alınmadıqda sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Ailəyə mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır.

BAKU.WS

Oxşar xəbərlər

Ünvanlı sosial yardım ala bilməyənlərə ŞAD XƏBƏR - VİDEO

Ünvanlı sosial yardım ala bilməyənlərə ŞAD XƏBƏR - VİDEO

Bəzi vətəndaşların ünvanlı sosial yardım ala bilməməsinin səbəbləri açıqlanıb. BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu sosial...

7991 Video 23:23 28 mart 2017

Son xəbərlər