Bakıda 10 mərtəbəli universitet binasında SÖKÜNTÜ - 25 milyona yenisi tikiləcək
Bakı Dövlət Universitetində (BDU) böyük yenilənmə mərhələsi start götürür.
BAKU.WS-in əldə etdiyi məlumata görə, ali təhsil müəssisəsi Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili 1 nömrəli tədris binasının əsaslı təmir olunacaq.
Layihənin dəyəri 25 milyon manatdan çoxdur. Təmir zamanı köhnə və istismar üçün yararsız hesab olunan bir sıra konstruksiya və elementlərin sökülməsi nəzərdə tutulur.
Bu işlərdən sonra binanın tam müasir standartlara uyğun şəkildə yenidən qurulması, təhlükəsizliyin artırılması və tələbələr üçün daha komfortlu tədris mühitinin yaradılması planlaşdırılır. Əsaslı yenidənqurma BDU-nun ən çox yüklənən tədris binasının müasir təhsil tələblərinə cavab verməsinə şərait yaradacaq.
Orxan Hüseyn
Oxşar xəbərlər
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib
Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazi...