Azərbaycanda bu şəxslər də vergidən azad olunacaqlar
"Hazırda balıqçılıqla məşğul olan fermerlər üçün hansısa subsidiya mövcud deyil, Çünki məsələ ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər aparılıb. Bununla bağlı Nazirlər Kabineti və digər qurumlar işləyir".
Bunu BAKU.WS-ə açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.
Onun sözlərinə görə, qanunvericilikdə müvafiq dəyişikliklər olduqdan sonra subsidiya və dəstək mexanizmləri planlaşdırılır:
"Növbəti illərdə həm məhsul subsidiyası, həm də avakuatura sahəsində fəaliyyət göstərən təsərrüfatlar üçün avadanlıqlar nəzərə alınacaq. Eyni zamanda balıqçılığın kənd təsərrüfatının bir hissəsi kimi hesab olunmasından sonra Vergi Məcəlləsində müəyyən dəyişikliklərin edilməsi yekunlaşmaq üzrəir. Bu dəyişikliklər bitdikdən sonra artıq balıqçılıq və akvakuatura sahəsində fəaliyyət göstərən təsərrüfatlar kənd təsərrüfatının digər növləri kimi ilkin istehsal və vergidən vergidən azad olacaqlar".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan-Gürcüstan Media Forumu - "Manipulyativ xəbərlər doğru xəbərlərdən daha sürətlə yayılır"
Azərbaycan-Gürcüstan Media Forumunda "İnformasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə media ekosisteminin gücləndirilməsi" mövzusunda panel sessiya keçir...