Lənkəranın bir sıra kəndlərinə dolu düşüb
10
okt
2026
10:28
Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur. Bir sıra yaşayış məntəqələrinə dolu düşüb, ardınca intensiv yağış yağıb.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, saat 9 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.
Təxminən 4-5 dəqiqə davam edən doludan sonra ərazilərə intensiv yağış yağıb, bəzi yerlərdə ağaclar aşıb.
Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir. Dəymiş mümkün ziyanla bağlı əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
Bu gün yanğınsöndürənlərin peşə bayramıdır
10 oktyabr yanğınsöndürənlərin peşə bayramı günüdür. BAKU.WS xatırladır ki, Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla hər il оktyab...