Bakının mərkəzində tıxaclara son qoyacaq UNİKAL HƏLL YOLU
Neftçilər prospektinin Azadlıq meydanı hissəsi Bakının ən yüklənmiş nəqliyyat sahələrindən biridir.
BAKU.WS-in məlumtına görə, bu hissədə avtomobil axınlarının sıxlığı, müxtəlif istiqamətlərdən gələn nəqliyyatın qarışması və sürücülərin tez-tez zolaq dəyişməsi tıxacların əsas səbəblərindəndir.
Mütəxəssislər qeyd edirlər ki, yalnız yolun genişləndirilməsi deyil, düzgün təşkil olunmuş hərəkət idarəetməsi də böyük dəyişiklik yarada bilər.
Bu kontekstdə nəqliyyat eksperti Rauf Ağamirzəyev qovşaqda kanallaşma və svetofor tətbiqinin vacibliyinə diqqət çəkib.
Ekspert hesab edir ki, Neftçilər prospektinin Azadlıq meydanı istiqamətində yaranan tıxacların əsas səbəblərindən biri hərəkət axınlarının düzgün yönləndirilməməsidir. Onun sözlərinə görə, ərazidə kanallaşma və svetoforun tətbiqi tıxacın azalmasında həlledici rol oynaya bilər.
Ağmirzəyev vurğulayıb ki, kanallaşma müxtəlif hərəkət istiqamətlərini ayırmaqla sürücülərin qəfil zolaq dəyişməsinin qarşısını alır və beləliklə həm təhlükəsizlik artır, həm də tıxac yüngülləşir.
Ekspert bunun qovşaqda axının daha nizamlı formalaşmasına səbəb olduğunu qeyd edib:
"Svetoforların düzgün fazalara bölünməsi toqquşan axınların eyni anda hərəkət etməsinə imkan vermir və bu da qovşağın yükünü əhəmiyyətli dərəcədə azaldır.
Kanallaşma ilə svetoforun birlikdə tətbiqi qovşağın səmərəliliyini 30–40% artırır. Bu yanaşma sayəsində fiziki yol genişləndirmədən belə, həmin ərazidə tıxacın real şəkildə azaldılması mümkündür".
Orxan Hüseyn
Oxşar xəbərlər
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək?
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər. BAKU.WS xəbər verir ki, bununla bağlı məlumat sosia...