"Cərimələr" prospekti: Sürücülər və piyadalar üçün çətinliklər yaradan yol
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda paytaxtın Şah İsmayıl Xətai prospektində yol hərəkətinin təşkilində mövcud olan problemlər diqqətə çatdırılıb.
Bildirilib ki, aylar əvvəl prospektdə asfalt örtüyü yenilənsə də, xətlənmə işlərinin aparılmaması səbəbindən hərəkətin təşkili xeyli çətinləşib. Bundan əlavə, parkinq nişanları mövcud olsa da, yerdə xətlərin olmaması sürücülərin avtomobilləri nizamsız şəkildə saxlamasına səbəb olur.
Hərəkətin intensiv olduğu prospektdə işıqforun qarşısında "stop" xətlərinin olmaması isə vəziyyəti daha da çətinləşdirir.
Qeyd olunub ki, prospektdə piyada keçidlərinə, iki əksistiqamətli yolu ayıracaq qoşa xəttə, "stop" xətlərinə və digər yol nişanlarına ehtiyac var.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Pulu hər şeydən üstün tutduğu deyilən 5 bürc – Astroloqların siyahısı
Astrologiyada bəzi bürclərin maddi rifah, maliyyə sabitliyi və karyera uğurlarına digərlərindən daha çox önəm verdiyi bildirilir. Astroloqların fikrincə, bu xüs...