İTV 18 yaşında!
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündür.
Şirkətin 18 yaşı tamam olur.
Şirkət “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.
İctimai Televiziyanın verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır.
Televiziyanın mənzil qərargahı Bakı şəhərində yerləşir və Avropa Yayım İttifaqının üzvüdür.
44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsində ilk sıralarda yer alıb.
BAKU.WS kollektivi İctimai Televiziya və İctimai Radioda çalışan həmkarlarını təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.
Oxşar xəbərlər
Milli Məclisin sonuncu plenar iclasının gündəliyi açıqlanıb
Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu plenar iclasının gündəliyi açıqlanıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Milli Məclisin 30 may tarixli i...