Turan İbrahimov Baku TV-nin baş redaktoru təyin olundu

Turan İbrahimov Baku TV-nin baş redaktoru təyin olundu
Sosial 377

Azərbaycanın aparıcı telekanallarından biri olan Baku TV-də mühüm kadr təyinatı həyata keçirilib. Tanınmış telejurnalist Turan İbrahimov kanala baş redaktor vəzifəsinə təyin olunub.

BAKU.WS xəbər verir ki, 20 illik jurnalist təcrübəsinə malik olan Turan İbrahimov indiyədək ölkənin bir sıra telekanallarında müxtəlif vəzifələrdə çalışıb. Televiziya fəaliyyəti ərzində tamaşaçı rəğbəti qazanan peşəkar jurnalist bir neçə müəllif proqramı ilə geniş izləyici auditoriyasına xitab edib.

Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilən Turan İbrahimov yeni təyinatadək Baku TV-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri olaraq fəaliyyət göstərirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib. Bildirilib ki,...

6 Sosial 10:25 18 avqust 2026

Son xəbərlər