Tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müddəti artırıldı
13
yan
2022
15:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü il yanvarın 1-dək artırılıb.
Qeyd edək ki, dəyişikliyə qədər bu müddət 2022-ci il yanvarın 1-dək göstərilirdi.
Oxşar xəbərlər
İcbari tibbi sığorta haqqında bunları bilmək vacibdir
Bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq digər şəhər və rayonlarla yanaşı, Bakı və Sumqayıt şəhərl...