Təhsil Nazirliyi Azərbaycanda test imtahanlarının ləğv ediləcəyi barədə məlumatlara münasibət bildirib
29
avq
2017
13:15
“Burada söhbət test imtahanlarının ləğvindən yox, gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının müəyyən qaydada təkmilləşdirilməsindən gedir”.BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov deyib.O bildirib ki, artıq prosesə başlanılıb: “Biz bu il IX siniflərdə orta təhsil səviyyəsində buraxılış sinfində həyata keçirilən imtahanlara nəzər salsaq, bunun fərqli bir format olduğunu görərik. Həmin imtahanlar 2 mərhələdən ibarət olub. IX sinfin buraxılış imtahanlarının ilkin mərhələsi mart ayında, ikinci mərhələ iyun ayında keçirilib. Həmin mərhələlərin qiymətləndirilməsində müəyyən fərqlər müşahidə olunub.Şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, Ana dili fənnindən esse, Riyaziyyat fənnindən yenə də yazılı misal-məsələlərin həlli, ikinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verirdi. Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il öncə yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Bu sistemdə nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsi prosesinə başlanılıb”.BAKU.WS
Oxşar xəbərlər
GÖZLƏNİLMƏZ QƏRAR: Azərbaycanda test üsulunun ləğv ediləcəyi açıqlandı (RƏSMİ, VİDEO)
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının 26 ildir tətbiq edilən test üsulunun ləğv ediləcəyi axır ki, rəsmən elan olunub. BAKU.WS xəbər verir ki, bu bar...