Təhsil nazirindən yeni TƏYİNAT
28
dek
2018
19:28
Təhsil naziri Ceyhun Bayramovun 28 dekabr tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.İdarədən BAKU.WS-ə verilən məlumata görə, qeyd edək ki, İlhamə Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2014 - 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb."İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir. Tərəqqi medalı ilə təltif olunub.2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsində çalışıb.Ailəlidir, iki övladı var.BAKU.WS
Oxşar xəbərlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub. Bu barədə BAKU.WS-ə İdarədən məlumat verilib. Bu vəzifəyə təhsil naziri Ceyhun Bayramovun əmri...