Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat olub
28
dek
2018
15:32
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub. Bu barədə BAKU.WS-ə İdarədən məlumat verilib. Bu vəzifəyə təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib.Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.Ailəlidir, iki övladı var.BAKU.WS
Oxşar xəbərlər
Təhsil nazirinə yeni müşavir təyin edildi - FOTO
Təhsil nazirinə yeni müşavir təyin olunub. BAKU.WS trend-ə istinadən xəbər verir ki, nazirin yeni müşaviri Elnur Məmmədovdur.E.Məmmədov 1981-ci ildə Bakı şəhəri...