Test üsulunun ləğv edilib-edilməyəcəyi sualına rəsmi aydınlıq gətirildi
29
avq
2017
16:58
Təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının üzvü Ceyhun Bayramov, test üsulunun ləğv ediləcəyinə dair yayılan məlumatlara münasibət bildirib.O, jurnalistlərə açıqlamasında deyib ki, burada söhbət test imtahanlarının ləğvindən yox, gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının müəyyən qaydada təkmilləşdirilməsindən gedir."Artıq prosesə başlanılıb. Biz bu il IX siniflərdə orta təhsil səviyyəsində buraxılış sinfində həyata keçirilən imtahanlara nəzər salsaq, bunun fərqli bir format olduğunu görürük. Həmin imtahanlar 2 mərhələdən ibarət olub. IX sinfin buraxılış imtahanlarının ilkin mərhələsi mart ayında, ikinci mərhələ iyun ayında keçirilib. Həmin mərhələlərin qiymətləndirilməsində müəyyən fərqlər müşahidə olunub" — Bayramov qeyd edib.Nazir müavinin sözlərinə görə, şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, Ana dili fənnindən esse, Riyaziyyat fənnindən yenə də yazılı misal-məsələlərin həlli, ikinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verirdi:"Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il öncə yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Bu sistemdə nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsi prosesinə başlanılıb".BAKU.WS
Oxşar xəbərlər
Təhsil Nazirliyi Azərbaycanda test imtahanlarının ləğv ediləcəyi barədə məlumatlara münasibət bildirib
“Burada söhbət test imtahanlarının ləğvindən yox, gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının müəyyən qaydada təkmilləşdirilməsindən gedir”.BAKU.WS “Re...