Test imtahanının ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA
24
avq
2017
12:42
Dövlət İmtahan Mərkəzi Azərbaycanda test imtahanının ləğv edilməsi məsələsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.BAKU.WS xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mərkəz ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, attestasiyasını həyata keçirən, təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirən publik hüquqi şəxsdir. Buraxılış imtahanları və ali məktəblərə tələbə qəbulu yenə də Dövlət imtahan Mərkəzi tərəfindən həyata keçiriləcək."Hazırda Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır. Yeni modelin sentyabrda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirirlər. Yeni model hazırlandığından onun gələcəkdə hansı formada olacağını indidən demək çətindir. Müzakirələr bitəndən və hüquqi normativ sənədlər hazırlanandan sonra bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcək", - deyə məlumatda bildirilib.BAKU.WS
Oxşar xəbərlər
GÖZLƏNİLMƏZ QƏRAR: Azərbaycanda test üsulunun ləğv ediləcəyi açıqlandı (RƏSMİ, VİDEO)
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının 26 ildir tətbiq edilən test üsulunun ləğv ediləcəyi axır ki, rəsmən elan olunub. BAKU.WS xəbər verir ki, bu bar...