Rus bölməsinin abituriyentləri üçün ŞANS
Ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün Azərbaycan dilindən imtahan verərək "məqbul” qiyməti alan rus bölməsinin abituriyentləri bu il Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılacaqlar.
BAKU.WS-in məlumatına görə, Nazirlər Kabinetindən Trend-ə bildirlirb ki, bu, yeni təsdiqlənən "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda öz əksini tapıb.
Qaydalara əsasən, 2016/2017-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından "məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.
"Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir, "məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda buraxılış imtahanları çətinləşir: Qaydalar dəyişdirilir
2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikkulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (at...