TƏBİB: "Əhali tam olaraq koronavirus əleyhinə vaksinasiya olunub"
17
iyn
2023
17:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan əhalisi tam olaraq koronavirus əleyhinə vaksinasiya olunub.
Bunu "Report"un sualını cavablandıran Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib.
"Hazırda ehtiyac olan kateqoriyadan olan şəxslər müraciət etdikdə peyvənd olunurlar. Müvafiq tibb müəssisələrində vaksinasiya prosesi bu gün də davam edir. Peyvəndlərlə bağlı bu gün hər hansı sıxıntı yoxdur", - deyə o qeyd edib.
Oxşar xəbərlər
TƏBİB-in İcraçı direktoru Azərbaycanda koronavirusla bağlı vəziyyəti açıqlayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə koronavirusla bağlı vəziyyəti açıqlayıb. BAKU.WS report-a istinad...