Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb.
BAKU.WS "Bakupost"a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edilir.
Həmçinin o da aydın olur ki, iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat istənilir. Pasiyent isə həmin şəxsdən kart nömrəsini alır ki, ödəniş etsin.
Qeyd edək ki, İcbari Tibbi Sığorta çərçivəsində göstərilən xidmətlərə görə qanunvericiliyə əsasən vətəndaşlardan əlavə ödəniş alınması yolverilməzdir. Məsələdən hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsini icra edən direktor müavini Təranə Rəcəblinin də məlumatlı olduğu iddia edilir.
Məsələ ilə bağlı açıqlama verən Elnur İmanov iddiaları qəti şəkildə təkzib edib.
Oxşar xəbərlər
NETTY 2026-ya artıq 150-dən çox layihə təqdim olunub
Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY 2026-da iştirak üçün müsabiqəyə artıq 150-dən çox layihə təqdim olunub. BAKU.WS xəbər verir ki, ərizələr noyabr...