Taksilərin qiyməti dövlət tərəfindən tənzimlənir? – RƏSMİ AÇIQLAMA
Son illərdə Bakıda və digər şəhərlərdə taksi xidmətlərindən istifadə kəskin şəkildə artıb.
BAKU.WS-in məlumatına görə, bu artım fonunda ən çox müzakirə olunan məsələlərdən biri qiymət siyasətidir.
Sərnişinlərin marağında olan əsas sual isə budur: taksilərin xidmət qiymətlərinə dövlət nəzarəti varmı, yoxsa tariflər sərbəst bazar mexanizmləri əsasında formalaşır?
Mövzu ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, taksi sahəsində aparılan islahatlar bazarda rəqabət mühiti yaradıb və keyfiyyət dəyişikliyinə təkan verib:
"Bu sahə tənzimlənir, peşəkar əmək bazarı formalaşır və xidmət keyfiyyəti artır. Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır".
Oxşar xəbərlər
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur?
20 Yanvar və Moskva prospekti ərazilərində "manatlıq taksi" kimi tanınan xidmətlə məşğul olan avtomobillərin fəaliyyəti dayandırılıb. Bunun nəticəsində, xüsusil...