Sürücülərin nəzərinə - Bu yol 15 gün bağlı olacaq (XƏRİTƏ)
Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində oktyabrın 3-dən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu səbəbdən sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan (beton yol) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər.
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunun bir hissəsi təmirə bağlanır
Bakı-Sumqayıt yolunun 12-ci km-də ( "Xırdalan qəbirstanlığı” ) yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq sözügedən əra...