Sürücülərin NƏZƏRİNƏ: Yeni avtomobil körpüləri inşa olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində magistral avtomobil yolunun əks hərəkət istiqamətində yerləşən avtomobil körpüsünün də söküntüsü işlərinə başlanılıb.
BAKU.WS xəbər verir ki, sözügedən körpünün, eləcə də magistral yolun hər iki hərəkət istiqaməti üzrə yan yollarda yerləşən körpülərin sökülərək yenidən inşa olunması barədə qərar aparılmış texniki müayinələrin nəticələrinə əsasən qəbul edilib.
Layihə çərçivəsində mövcud körpülər sökülərək onların yerində müasir norma və standartların tələblərinə cavab verən yeni avtomobil körpüləri inşa olunacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...