Sürücülərin NƏZƏRİNƏ: Bakı Dairəvi Yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ
Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Qaradağ rayonunun Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:
- 10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;
- 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.
Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.
Oxşar xəbərlər
MTK nümayəndəsinin "problem yoxdur" cavabına sakinlərdən SƏRT REAKSİYA
"Olympus Botanic Garden" şirkəti 2021-ci ildə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 172 ünvanında iki çoxmərtəbəli binanın tikintisinə başlayıb. Baku...