SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! Parklanma məntəqələrinin sayı azaldılıb
Bakıda parklanma məntəqələrinin sayı 3 dəfədən çox azaldılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir.
Bildirilib ki, müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur: "Görülən işlər çərçivəsində məntəqələrin sayı 2 400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər".
Oxşar xəbərlər
Salyanda məktəbdə 18 şagirdin zəhərlənməsi ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA
Salyan rayonunun Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanmasından yaranan tüstülənmədən 18 nəfər zəhərlənib. Şirvan-Salyan Regional Təhsil İ...