Sumqayıt sakinləri: "Deyirlər ki, pul vermişik, özümüz bilərik"
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi, Şah İsmayıl Xətai küçəsində yerləşən 46 saylı binanın sakinləri evlərinin yaxınlığında obyektin tikintisindən narazılıq edirlər.
"Evimin pəncərəsinin qarşısında çayxana tikirlər. Bura avara adamlar toplaşacaq, bütün səs-küy də evimin içində olacaq. Narazılıq edirik, deyirlər ki, pul vermişik, özümüz bilərik", - deyə sakinlər bildiriblər. Sakinlər ərazidəki ağacların kəsildiyini də iddia edirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə aparılan tikinti tam qanuni əsaslara malikdir və müvafiq icazə sənədləri mövcuddur.
Eyni zamanda, həmin ərazidə heç bir ağac kəsilməsi faktı qeydə alınmayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakının bəzi ərazilərində qaz olmayacaq
Sentyabrın 15-də Yasamal rayonunun 8 küçəsində qaz təchizatında qısamüddətli fasilə olacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İst...