Stilistlər 2026-cı ildə dəbdən düşən 5 geyimi açıqlayıb

Stilistlər 2026-cı ildə dəbdən düşən 5 geyimi açıqlayıb
Sosial 59

Fransalı moda ekspertləri 2026-cı ildə gündəlik üslubda ciddi dəyişikliklərin baş verdiyini bildiriblər.

BAKU.WS-in məlumatına görə, bu barədə "Vogue France" nəşrində dərc olunan məqalədə qeyd olunub.

Belə ki, yaz-yay mövsümündə artıq daha sadə, sakit rənglərə və keyfiyyətli materiallara üstünlük verilir.

Mütəxəssislərin sözlərinə görə, gündəlik qarderobdan tədricən çıxarılan geyimlər sırasına həddindən artıq "oversize" üslubu, mürəkkəb dekorativ elementlər, çox dar cins şalvarlar, həddindən artıq yüksək bel modelləri və ümumilikdə "sürətli moda" (fast fashion) trendləri daxildir.

Bunun əvəzinə, bir neçə mövsüm istifadə oluna bilən universal və baza geyimlər daha çox ön plana çıxır. Xüsusilə təbii və neytral rənglərə diqqət artır.

Stilistlər qeyd edir ki, ağ rəng bu mövsümün əsas trendinə çevrilib və yaz-yay aylarında yüngüllük və şəffaflıq hissi yaradan obrazlarda geniş istifadə olunur.

Eyni zamanda, alıcılar getdikcə daha çox yerli brendlərə üstünlük verir və spontan alışların sayını azaldır. Bu tendensiya ekoloji düşüncənin və şüurlu istehlakın artması ilə əlaqələndirilir.

Ekspertlərin fikrincə, bu dəyişikliklər yalnız estetik yanaşma ilə deyil, həm də həyat tərzi ilə bağlıdır - rahatlıq, praktikilik və ekoloji yanaşma artıq əsas prioritetlərə çevrilib.

Son xəbərlər