İsti havalar nə qədər davam edəcək? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın maksimal temperaturu həftənin birinci yarısında aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°, Bakıda və Abşeron yarımadasında isə 33-38° isti olacaq.
Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.
Oxşar xəbərlər
RƏSMİ XƏBƏRDARLIQ – Sabah təhlükəli hidrometeoroloji hadisə baş verəcək
17 yanvarda gözlənilən hava şəraiti açıqlanlıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə məluamt yayıb.Veril...