RƏSMİ XƏBƏRDARLIQ – Sabah təhlükəli hidrometeoroloji hadisə baş verəcək
16
yan
2019
14:52
17 yanvarda gözlənilən hava şəraiti açıqlanlıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə məluamt yayıb.Verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 17-də havanın kəskin dəyişəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Temperaturun anomal gedişi gözlənilir.Havanın temperaturu Abşeron yarımadasında gecə və səhər 4 dərəcəyə yaxın isti, axşama doğru isə 2 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 2-4 dərəcə isti təşkil edəcək.Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz olacaq.Bakıda və Abşeron yarımadasında gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıqYanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 28-33 m/s, yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə üqayisədə 10 dərəcə aşağı enərək 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara keçəcəyi ehtimalı var.Tibbi-meteoroloji xəbərdarlıqYanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.Azərbaycanın rayonlarındaYanvarın 17-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Duman olacaq. Qərb küləyinin sürətinin 7-12 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi, Kür vadisi rayonlarında arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.Azərbaycanın rayonlarında gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıqYanvarın 17-dən 18-i gündüzədək havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi rayonlarda arabir 23-28 m/s-dək güclənəcəyi, Kür Vadisi rayonlarında arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir.Havanın temperaturu ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcək, havanın minimal temperaturu dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.Ölkə ərazisində gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıqXüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq öz qüvvəsindədir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə:Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək.Respublikanın rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var.Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.BAKU.WS
Oxşar xəbərlər
Bu gün hava necə olacaq? – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 16-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Ar...