Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək

08
yan
2019
14:26
Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.Onun sözlərinə görə, bu sistem təkcə online bilet mexanizminin ikitərəfli tətbiqini deyil.“Bu sistem ölkənin avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alınmasını, şəhərlərarası nəqliyyat xətləri ilə şəhərdaxili nəqliyyat xətlərində istifadə edilən bilet sisteminin inteqrasiyasını təmin edən bir sistem olacaq.Vahid bilet sistemi gələcəkdə yerüstü ictimai nəqliyyat növləri arasında da inteqrasiyanı təmin edəcək özül yaratmış olacaq.Bununla yanaşı, taksi, eləcə də qeyri-müntəzəm daşımalarda yeni platformanın yaradılması istiqamətində yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparılaraq onlarıvahid platformada birləşdirmək, bu sistemin iştirakçıları arasında olan münasibətləri tənzimləmək, onların dövlət qarşısında olan öhdəliklərini, vəzifələrini vahid bir məkanda nizamlamaq planlaşdırılır.Sözügedən sistemin Vahid Milli Taksi Platforması şəbəkəsində birləşdirilməsi nəzərdə tutulur”, - deyə Nuridə Allahyarova bildirib.BAKU.WSOxşar xəbərlər
Avtobuslarda yeni sistem qurulur – VİDEO
Beynəlxalq və şəhərlərarası sərnişin avtobuslarında yeni sistem qurulur.BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini...
