Avtobuslarda yeni sistem qurulur – VİDEO
19
sen
2018
12:35
Beynəlxalq və şəhərlərarası sərnişin avtobuslarında yeni sistem qurulur.BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib. Qurum rəsmisi ATV-yə açıqlamasında bildirib ki, taxoqrafla təchiz edilməyən avtobuslar xəttə buraxılmayacaq. Bununla da, sürücülər fürsətdən istifadə edərək sərnişinlərdən artıq pul tələb edə bilməyəcəklər. “Sürücü avtonəqliyyat vasitəsində hərəkətə başlamazdan öncə kartı aparata daxil edəcək. Bundan sonra sürücünün avtomobil hərəkətdə olarkən sözügedən qaydalara zidd hərəkətləri qəbz vasitəsilə əks olunacaq”, - deyə qurum rəsmisi bildirib. 2019-cu ilin yanvar ayının birindən etibarən beynəlxalq və ölkədaxili sərnişin daşımaları həyata keçirən şirkətlərin nəqliyyat vasitələri taxoqrafla təchiz edilməsə şirkətlər cərimə ediləcəklər. Bunun vasitəsilə sürücülərə nəzarət olunacaq. Daha ətraflı videoda tanış ola bilərsiz. BAKU.WS
Oxşar xəbərlər
Bu qaydanı pozan daşıyıcılar və taksi sürücüləri məsuliyyətə cəlb ediləcək - XƏBƏRDARLIQ
Taxoqraf cihazı ilə təmin olunmayan və taxoqrafla bağlı qaydaları kobud şəkildə pozan daşıyıcılar və sürücülər məsuliyyətə cəlb ediləcək.BAKU.WS xəbər verir ki,...