"Sputnik Azərbaycan"ın böyük redaktoru da ev dustaqlığına buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
"Sputnik Azərbaycan"ın böyük redaktoru Yevgeni Belousov həbsdən azad edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib
Qərara əsasən Yevgeni Belusov ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("Sputnik Azərbaycan") ofisində əməliyyat keçirib. "Sputnik Azərbaycan"ın icraçı direktoru İqor Kartavıx və böyük redaktoru Yevgeni Belousov həbs edilib. Bu ayın əvvəli icraçı direktor da həbsdən buraxılmışdı.
Oxşar xəbərlər
Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb
Uzun illər ərzində ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullaye...