Spiker Sahibə Qafarova deputatlara irad bildirib
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların sosial sahədə problemlər barədə danışmasına münasibət bildirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sahibə Qafarova deputatları görülən işlərdən də danışmağa çağırıb.
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu barədə danışmırsınız?" - deyə sədr əlavə edib.
Oxşar xəbərlər
Dünyada Yeni il adət və inancları: kukla yandırmaq, üzüm yemək…
Yeni il bayramı dünyanın müxtəlif ölkələrində fərqli adət və inanclarla qeyd olunur. Rəsmi mənbələrin araşdırmasına görə, bu bayram həm keçmiş ili yekunlaşdırma...