İspaniyada COVID-19 qurbanları 9 mini keçdi - AVROPADA SON RƏQƏMLƏR
İspaniyada COVID-19 virusundan həyatını itirmiş şəxslərin sayı 9,053 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, ölkədə pandemiyaya yoluxanların sayı isə 102 min nəfəri ötüb.
Avropada koronavirusa ən çox yoluxma halı bu günə kimi İtaliyada qeydə alınıb. Belə ki, bu ölkədə COVID-19 virusunun daşıyıcıları 105 mindən çoxdur. İspaniyadan sonra ilk üçlüyü Almaniya (72,383) qapayır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 872 mini ötüb. Bunların 184,526 nəfəri sağalıb, 43,271 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
ÖLKƏLƏR | YOLUXAN | ÖLƏNLƏR | SAĞALANLAR |
İtaliya | 105,792 | 12,428 | 15,729 |
İspaniya | 102,136 | 9,053 | 22,647 |
Almaniya | 72,383 | 788 | 16,100 |
Fransa | 52,128 | 3,523 | 9,444 |
Böyük Britaniya | 25,150 | 1,789 | 135 |
İsveçrə | 16,605 | 433 | 2,967 |
Belçika | 13,964 | 828 | 2,132 |
Niderland | 12,595 | 1,039 | 250 |
Avstriya | 10,387 | 146 | 1,095 |
Portuqaliya | 7,443 | 160 | 43 |
Oxşar xəbərlər
COVID-19-dan sağalanlar: SON RƏQƏMLƏR - CƏDVƏL
Çində yaranan və dünyanın əksər ölkələrinə yayılan koronavirus xəstəliyinə (COVID-19) bu günə kimi 678 mindən çox insan yoluxub. BAKU.WS xəbər verir ki, virusa...