TikTok-da qumar oynanılır - DİN araşdırmalara başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi sosial şəbəkə platfromalarında açıq-aydın qumar oynanılır.
Əsasən "TikTok" sosial platformasında yaşanan bu hadisə xeyli müzakirələrə səbəb olub.
Ölkədə bu cür təhlükənin qurbanına çevrilən şəxslərin sağalması üçün fəaliyyət göstərən reabilitasiya mərkəzlərindən birinin rəhbəri Ceyhun Salmanovun sözlərinə görə, son vaxtlar müraciət edənlərin çoxu asılılıq yaradan qumarı məhz sosial şəbəkələrdə oynayıb.
Mərkəzin aparıcı mütəxəssisi Məmmədrza Qafarovun sözlərinə görə, qumarın qurbanına çevrilənlərin sayı demək olar ki, narkotik istifadəçilərindən daha çoxdur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) ""Xəzər Xəbər""ə bildirilib ki, məsələ nəzarətə götürülüb.
Nazirlik vətəndaşlara bu kimi oyunlarda iştirak etməməyi tövsiyə edir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...