Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı
Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb.
BAKU.WS "Yeni Sabah"a istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçimi ilə bağlı müraciətləri qeydə alınıb.
Belə ki, 2024-cü ildə 802, 2025-ci ildə 1052, 2026-cı ilin ilk üç ayında isə 174 qadın nikaha daxil olarkən öz soyadını ərinin soyadı ilə birləşdirib.
O da əlavə edilib ki, 2024-cü ildə 62, 2025-ci ildə 52, 2026-cı ilin ilk 3 ayı ərzində isə 6 kişi nikaha daxil olarkən qadının soyadını qəbul edib.
Oxşar xəbərlər
Suriyadan repatriasiya olunmuş 16 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 16 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sos...