Son günlər yolları sıradan çıxaran səbəb nədir?
Son günlər yağan intensiv yağışlardan sonra paytaxtın bir çox hissəsində, xüsusilə, kənd və qəsəbələrdə, eləcə də yollarda iri çalalar və dərin quyular əmələ gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Yağış suları təkcə yolları dağıtmayıb, həm də bəzi ərazilərdə divarların yuyulmasına səbəb olub.
Güclü yağıntılar İçərişəhərdə yerləşən tarixi qala divarlarına da təsirsiz ötüşməyib, bəzi hissələrdə aşınma qeydə alınıb.
Bütün bunlar fonunda sual yaranır: yağıntı həddindən artıq güclü olub, yoxsa yağış sularının tərkibində əlavə təsiredici amillər mövcuddur?
Coğrafiya elmləri doktoru Mirnuh İsmayılov bildirib ki, iqlim dəyişikliyi təbii prosesdir və bu davam edir:
"Hava ilə bağlı proqnoz vermək olduqca çətindir. Son dövrlərdə müşahidə olunan intensiv yağıntılar təbii prosesin nəticəsidir. Yağıntının birdən-birə çox düşməsi ümumi atmosfer sirkulyasiyası ilə yanaşı, havadakı mütləq rütubətin miqdarından da asılıdır. Mütləq rütubət yüksək olduqda yağıntı intensiv, leysan xarakterli və uzunmüddətli ola bilər".
Ekspertin sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində yağıntının miqdarı orta normanı xeyli üstələyib.
O həmçinin qeyd edib ki, regionda baş verən proseslər, o cümlədən cənub istiqamətində gedən hadisələr və ümumi ekoloji dəyişikliklər də təbiət hadisələrinin sürətlənməsinə təsir göstərə bilər:
"Xəzər sahilində canlıların, quşların və balıqların kütləvi ölümü kimi hallar da müşahidə olunub. Belə məsələləri də nəzərə almaq lazımdır. Yağıntı sularının tərkibinin analiz edilməsi vacibdir. Güclü yağışlar torpaq qatına təsir edir, bu da hazırlıqsız infrastrukturun, yolların və yaşayış evlərinin zədələnməsinə səbəb ola bilər".
Oxşar xəbərlər
Xəzərdə baş verən zəlzələlərin dağıdıcı olma ehtimalı var?
"Aprelin 8-i Xəzər dənizində 5.3 maqnitudada baş verən zəlzələ istər-istəməz bütün layları, blokları tərpədib. Ona görə də afterşoklar davam edəcək" Bunu Respub...