SOCAR Rumıniya şirkəti ilə neft-kimya sahəsində əməkdaşlığı müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın "Chimcomplex S.A." şirkəti arasında neft-kimya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu müzakirə şirkətin prezidenti Rövşən Nəcəf və "Chimcomplex S.A."-nin İdarə Heyətinin sədri Ştefan Vuza arasında keçirilən görüşdə aparılıb.
Görüşdə şirkətlər arasındakı mövcud əlaqələrin önəmi qeyd olunub, keçirilmiş görüşlər zamanı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı şirkətlərin ümumi fəaliyyəti və planları barədə məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika
Paytaxtın Ağ Şəhər ərazisində nəqliyyat axınını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən layihə üzrə işlər dayandırılıb. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər...