"SOCAR Petroleum" yanacağa suyun qatılması iddiasına aydınlıq gətirib

"SOCAR Petroleum" QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində (YDM) avtomobilə benzin əvəzinə suyun vurulması ilə bağlı vətəndaşın iddiası təsdiqini tapmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "SOCAR Petroleum" QSC-nin İctimaiyyətlə əlaqələr şöbə rəisi Afaq Rza bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı dərhal araşdırma aparılıb: "Vətəndaşın iddiası əsasında QSC-yə məxsus bütün yanacaqdoldurma stansiyalarında müvafiq yoxlamalar keçirilib. Nəticədə hər hansı texniki nasazlıq qeydə alınmayıb. Araşdırmalar göstərib ki, səsləndirilən iddia tamamilə əsassızdır".
A.Rza həmçinin qeyd edib ki, bu günə qədər "SOCAR Petroleum"a bununla bağlı heç bir rəsmi şikayət daxil olmayıb:
"Videomaterialda yanacağın konkret hansı ünvanda yerləşən YDM-dən alındığı barədə dəqiq məlumatın olmaması da diqqətçəkən məqamdır. Bütün bunları nəzərə alaraq, sürücüləri və ictimaiyyəti sosial şəbəkələrdə "SOCAR Petroleum" QSC-nin işgüzar nüfuzuna və qazandığı müsbət imicə xələl gətirmək məqsədi daşıyan əsassız məlumatlara inanmamağa çağırırıq".
Oxşar xəbərlər
Aramsız yağan yağış Azərbaycanda gilasın məhsuldarlığını azaltdı
Əvəvlcə havaların soyuması sonra isə intensiv yağışların yağması məhsuldarlığa təsir edib. BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, İmişli rayonunda gi...
