SOCAR: Bu gündən yanacaqdoldurma stansiyalarında "Aİ-95" yanacağının satışı tam bərpa olunur
"SOCAR" brendli yanacaqdoldurma stansiyalarında (YDS) "Aİ-95" markalı yanacağın satışı dayandırılmayıb.
Bu barədə BAKU.WS-ə "SOCAR Petroleum" QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində "Aİ-95" premium benzinin satışı dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.
Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib: "Lakin bu gündən etibarən bütün YDS-lərdə "Aİ-95" markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər".
Qeyd edək ki, "SOCAR Petroleum" QSC 2008-ci ildə təsis edilib və Azərbaycan ərazisində "SOCAR" brendi altında neft və qaz məhsullarının alqı-satqısını, eləcə də beynəlxalq standartlara uyğun keyfiyyətli təchizat xidmətini həyata keçirir.
Şirkətin ilk 3 yanacaqdoldurma stansiyası 2010-cu il mayın 7-də istifadəyə verilib. Hazırda ölkə üzrə 69 YDS "SOCAR Petroleum"un balansındadır. Bundan əlavə, şirkətə məxsus 1 Sıxılmış Təbii Qaz terminalı və 13 neft terminalı bazası fəaliyyət göstərir ki, onlardan 11-i regionlarda, 2-si isə Bakıda yerləşir.
Oxşar xəbərlər
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası qaydası təsdiqlənib
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası təsdiqlənib. BAKU.WS xəbər v...